Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36651
az

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı - Kredit faizləri də azalacaqmı? – İqtisadçıdan SKEPTİK ŞƏRH

22:4631 İyul, 2020
664
İQTİSADİYYAT
  • A
“Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması müsbət addım olsa da, gözləntiləri doğrultmayacaq”. Bu fikirləri Yenicag.az -a açıqlamasında Mərkəzi Bankın uçot dərəcəsini 7 %-dən 6,75%-ə endirməsinin kredit faizlərinə mümkün təsirini şərh edən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli deyib. Nazim Bəydəmirlinin fikrincə, ölkənin bank sektorunda mövcud olan boşluqlar effektiv nəticə əldə etməyə imkan vermir: “İqtisadiyyatda şəffaflığı təmin edən, o cümlədən, fəaliyyəti hökumətin siyasətindən asılı olmayan Mərkəzi Bankın olduğu ölkələrdə uçot dərəcəsinin aşağı salınması kredit faizlərinə müsbət təsir edir. Yəni uçot dərəcəsinin aşağı düşməsi ümumi kredit faizlərinin də enməsinə səbəb olur. Lakin Azərbaycanda uçot dərəcəsi aşağı salınsa da, kredit faizləri yüksək olaraq qalır. Mərkəzi Bankın kommersiya banklarının kreditləşməsində iştirak payı çox azdır. Ona görə də uçot dərəcəsinin aşağı salınması gözlənilən nəticəni verməyəcək”. İqtisadçı hesab edir ki, Mərkəzi Bankın atdığı müsbət addımların nəticəli olması üçün Ümumi Daxili Məhsulda (ÜDM) bankların iştirak payı artırılmalıdır: “Ümumilikdə Azərbaycanda resurslar kifayət qədər bahadır. Təəssüf ki, Azərbaycan hökuməti Dövlət Neft Fondu və Mərkəzi Bank olaraq, ölkə vəsaitlərinin çox hissəsini xarici banklarda saxlamağa üstünlük verir. Buna baxmayaraq, istehlak kreditlərinin faizi 30-dan da yüksəkdir və bu üzdən vətəndaşlar kreditlərdən yararlana bilmirlər. Ancaq bütün hallarda uçot dərəcəsinin aşağı salınması müsbət haldır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı
Bu layihə III oxunuşdan keçdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ