Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36571
az

Qondarma ölkənin qondarma başçısı: "Lazım gələrsə, müharibə Azərbaycanın ərazisində gedəcək"

19:3030 İyul, 2020
442
CƏMİYYƏT
  • A

Hərbi hissə komandirlərinin və onların müavinlərinin hazırlığını yoxlamaq, peşə biliklərinin, nəzəri və praktik bacarıqlarının səviyyəsini artırmaq məqsədi ilə 2020-ci tədris ili üçün müdafiə ordusunun hazırlıq planına uyğun olaraq 27-29 iyul tarixlərində separatçı ölkənin Müdafiə Ordusunda komandanlıq təlimi keçirilib.

KONKRET.az xəbər verir ki, iyulun 29-da komandanın təlim-məşq toplanışının nəticələrini yekunlaşdırmaq üçün qondarma ölkənin prezidenti Araik Arutyunyan da iştirak edib. “Ölkə” başçısı yekun iclas iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkənin təhlükəsizliyinin qarantı olan Müdafiə Ordusu bütün təyin olunmuş döyüş tapşırıqlarını layiqincə yerinə yetirir, bölgədə sülhün və təhlükəsizliyin qorunmasına töhfə verir.

Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycanın təxribatçı hərəkətlərinə və hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi təhdidlərə toxunan Arutyunyan qeyd edib ki, hər an sadəcə düşmənin əməllərinə layiqli cavab verməyə hazır olmaq kifayət deyil, eyni zamanda, lazım gələrsə, hərbi əməliyyatları Azərbaycan ərazisinə keçirməyə də tam hazır olmalıyıq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan şəkillərlə bağlı yenilik
Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü
120 yaşa qədər yaşamaq indi də mümkündür

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır