SOCAR-da işçilərin bir qismi istehsalat zərurəti ilə boşdayanmalara göndərilib.
Bu barədə BAXAR.AZ-a SOCAR İRD-dən məlumat verilib. Bildirilir ki, yeni növ koronavirus dünya ölkələrinin iqtisadiyyatında müəyyən çətinliklər yaradıb. Qlobal miqyasda istehsalın dayandırılması və məhdudlaşdırılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb.
"Yaranan vəziyyətlə əlaqədar OPEC+ radikal addımlar atmağa məcbur olub. OPEC+ hasilatın azaldılması ilə bağlı razılığa gəlib. OPEC+ razılaşması Azərbaycanda da neft hasilatını müxtəlif həcmlərdə azaltmaq öhdəliyi yaradıb. Nəticədə bu, SOCAR-da müəyyən boşdayanmalara gətirib çıxarıb. Yəni, işçilərin bir qismi istehsalat zərurəti ilə boşdayanmalara göndərilib.
Bizim əsas məqsədimiz bundan ibarətdir ki, biz, insanları yenidən hazırlayaq, ixtisaslarını artıraq və onları mümkün SOCAR daxilində müxtəlif vəzifələrə yerləşdirək" - deyə SOCAR İRD-nin rəis müavini Elnur Hüseynov bildirib.
Boşdayanma zamanı işçi onlayn şəkildə vebinarlara cəlb olunur.Təlimlərə əsasən elektron testdə iştirak edir və onların nəzəri bilik səviyyəsi qiymətləndirilir.
"Test bu qiymətləndirilmənin bir hissəsidir. Testdən əlavə biz, hər işçinin təhsilə görə müəyyən qədər bal verəcəyik, iş stajı nəzərə alınacaq, əgər, beynəlxalq sertifikatı varsa, o da nəzərə alınacaq. Həmçinin, rəhbər qiymətləndirilməsi də həyata keçiriləcək" - deyə SOCAR İRD-nin karyera planlama və personalla əlaqələr şöbəsinin rəisi Sadiq Sadiqov bildirib.
Aşağı səviyyədə qiymət alanlar isə 2-ci peşəyə yiyələnmək təklif olunacaq. Bu şəxsləri təlim-tədris mərkəzlərinə yönləndiriləcək. Onlar burada hazırlanacaq və nəticədə 2-ci peşəyə yiyələnərək vakansiyalara cəlb olunacaqlar ki,işsiz qalmasınlar.
Oxu24.com
ŞƏRHLƏR