Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36375
az

Azərbaycanlı tələbələrin güllələnməsi  ilə bağlı cinayət işi açılıb

20:0025 İyul, 2020
780
  • A

"Məsələ Azərbaycanın Ukraynadakı səfirliyinin nəzarəti altındadır".

Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Samir Allahverdiyev bildirib.

S. Allahverdiyev baş verən hadisə ilə bağlı Ukrayna polisinin cinayət işi açdığını qeyd edib: "Səfirlik əməkdaşları tərəfindən xəsarət alan soydaşlarımız ziyarət olunub, vəziyyətləri yaxşıdır, həyatlarına təhlükə yoxdur".

14:41

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbəyə atəş açılıb.

APA-nın "Strana" portalına istinadən verdiyi məlumata görə, naməlum şəxslər iyulun 25-nə keçən gecə Konovaltsya küçəsində, "Montekki və Kapuletti" restoranının yaxınlığında "Mercedes-Gelenvagen" markalı avtomobildən azərbaycanlı tələbələrə tapançadan atəş açıblar.

Bildirilir ki, atəşin açıldığı 50 RV 100 dövlət nömrə nişanlı avtomobilin və hadisəni törədən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib.

Məlumatda o da qeyd olunur ki, ayağından yaralanan Azərbaycan vətəndaşı Nicat Kərimov Kiyev şəhər 8 saylı Kilinik Xəstəxanaya yerləşdirilib. Digər şəxs – 2000-ci il təvəllüdlü Azər Abbasov da ayağından yaralanıb, ona tibbi yardım göstərilib, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. 

Hadisənin ermənilər tərəfindən törədildiyi ehtimal edilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır
Bakıda müğənni bıçaqlandı
İki azyaşlı bacısını öldürüb parka gəzməyə getdi- Rusiyada dəhşət

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır