Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36362
az

"Hər kəs sosial şəbəkələrdə fikirlərini bildirə bilər, amma ..." - Siyavuş Novruzov

18:3325 İyul, 2020
877
MÜSAHİBƏ
  • A

Məlum olduğu kimi, Türkiyənin hakim partiyası sosial şəbəkələrin imkanlarından faydalanmaq istəyən şəxslərlə bağlı yeni qanun layihəsi hazırlayaraq ictimai müzakirəyə çxıarıb.

Təklif edilən yeni qanuna görə, bundan sonra Türkiyədə sosial şəbəkələrə daxil olmaq istəyən şəxslər buna görə rəsmi şəkildə qeydiyyatdan keçəcək və yalnız bundan sonra bu şəbəkələrin imkanlarından faydalana biləcəklər. 

AKP hesab edir ki, bu qanun sosial şəbəkələrdə saxta profillərin yaradılmasının qarşısını alacaq, eyni zamanda yalan, böhtan xarakterli məlıumatlar yayan şəxslərin qısa zamanda tapılmasını təmin edəcək. Maraqlıdır, Azərbaycanda da sosial şəbəkələrin imkanlarından yararlanmaq istəyənlərin öncə rəsmi şəkildə, şəxsiyyət vəsiqələri əsasında qeydiyyatdan keçməsi təmin edilə bilərmi? Türkiyədə gündəmə gələn məlum qanun Azərbaycan üçün nə dərəcədə aktualdır? 

Oxu24.com xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Azərbaycanda da belə bir qanunun qəbulunun vacib olduğunu vurğuladı:

“Xatırlayırsaınızsa, bu məsələni üç il öncə Azərbaycan parlamentində mən səsləndirmişəm. Demişəm ki, kim istəyirsə, öncə qeydiyyatdan keçsin, sonra nə söz istəyirsə desin. Yoxsa qadın kişi, kişi qadın şəklini qoyur, başqa adlar altında yazır. Bir daha bildirirəm ki, hər kəs sosial şəbəkələrdə  fikirlərini, düşüncələrini bildirə bilər. Lakin heç kim unutmasın ki, dediyi sözlərə görə məsuliyyət daşıyır və lazım gəlsə, yazdıqlarına görə cavab verməli olacaq. Bu baxımdan ölkəmizdə də belə bir qanunun qəbulunu faydalı hesab edirəm”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır