Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36320
az

Bu gündən iyulun 27-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

02:0125 İyul, 2020
839
CƏMİYYƏT
  • A

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

OXU24.COM -UN  məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bununla əlaqədar bu gün saat 00:00-dan 27 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Bundan əvvəl xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul saat 00.00-dan 20 iyul saat 06.00-dək ictimai nəqliyyat işləməyib.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı metrosunun fəaliyyəti də dayandırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü
120 yaşa qədər yaşamaq indi də mümkündür
“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - FOTOlar

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır