Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36295
az

Türk səfir Azərbaycan üçün mitinqə çıxdı  -  ŞƏRHSİZ FOTOLAR

21:2824 İyul, 2020
2646
  • A

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu24.com-a bildirilib ki, hazırda Çexiyanın paytaxtı Praqada “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının dəstəyi ilə soydaşlarımızın aksiyası başlayıb.

Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Çex Respublikasındakı səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün buraya axın edib. Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edir. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına son qoyulmasını tələb edir.

Eyni zamanda Türkiyənin Çex Respublikasındakı səfiri Egemen Bağış da aksiyaya qatılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan millinin oyununa görə Almaniyaya gedir
Qırğızıstan prezidenti Azərbaycana gələcək
İlham Əliyev rəsmi ziyafətdə iştirak etdi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar