Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36239
az

“Sabah bir neçə ermənini öldürüb...” – Tanınmış diplomatdan “Sumqayıtı nə tez unutdunuz?” mesajı

13:0224 İyul, 2020
754
ÖZƏL BÖLÜM
  • A

"Srağa gün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Amma buna sevinmək lazım deyil. Əksinə, Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı iri miqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır”.

Oxu24.com -un məlumatına görə, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev özünün sosial şəbəkə hesabında yazıb.

Diplomat hesab edir ki, sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər:

"Bu fonda Los-Ancelos, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər. Dostlar, ehtiyatlı olun.

Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də erməni vəhşiliyini gördü.


Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin. Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?

Ayıq olun!

Bizim "Qana qan!”şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi" - FOTO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
SON DƏQİQƏ! Azərbaycanda yeni qərarlar qəbul edildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar