Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36206
az

Rusiyadan Tovuz hadisələri ilə bağlı SON AÇIQLAMA

22:3623 İyul, 2020
916
DÜNYA
  • A

"Rusiya Azərbaycan-Ermənistan sərhədində eskalasiyanın qarşısını almaq üçün konkret addımlar atır.

Oxu24.com Trend-ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinq zamanı söyləyib.

O bildirib ki, atəşkəs rejiminin pozulması halları azalıb, lakin gərginlik qalmaqdadır: "Gərginliyin daha da artacağının qarşısını almaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi, həm də müstəqil olaraq konkret addımlar atırıq. Ötən həftə bölgədəki vəziyyət Minsk Qrupunun iclasında, daha sonra bütün üzvlərin iştirakı ilə ATƏT Daimi Şurasında müzakirə edildi. Minsk Qrupu həmsədrləri tərəflərlə daim əlaqə saxlayır".

Zaxarova qeyd edib ki, BMT Katibliyi ilə məsləhətləşmələr planlaşdırılır: "Yerevan və Bakı atəşkəsin möhkəmləndirilməsi və danışıqlar prosesinin intensivləşdirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərlə çıxış edir. Biz bunları tərəflərlə müzakirə edirik. Ümid edirik ki, beynəlxalq səyahət məhdudiyyətləri qaldırıldıqdan sonra münaqişənin həlli ilə əlaqəli bütün mövzuları əsaslı şəkildə işləmək mümkün olacaq".

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki hissəsində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar.

Görülən müvafiq tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ