Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36170
az

Polisdən əməliyyat: Bacı-qardaş tutuldu +FOTO

16:3023 İyul, 2020
690
KRİMİNAL
  • A

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Ağstafa rayon Köçəsgərli kənd sakinləri, əvvəllər məhkum olunmuş 36 yaşlı Eldəniz Qasımov və onun bacısı İlhamə Qasımova saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar cari ilin may-iyul aylarında rayon ərazisindəki mərkəzi bazarda yerləşən qadın geyimləri satılan 3  mağazadan 2160 manat dəyərində ümumilikdə 59 dəst qadın paltarı oğurlayıblar.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf edərək bildiriblər ki, əvvəlcədən planlaşdırdıqları kimi , ayrı-ayrı vaxtlarda mağazaya daxil olub, satıcının diqqətini yayındırmaqla oğurluq ediblər.

Hazırda həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətləri törədib-törətməməsi istintaq tədbirləri ilə müəyyənləşdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"TikTok" 5 nəfərin ölümünə səbəb oldu
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı
Başqalarının maşınlarını "satış"a çıxaran şəxs saxlanıldı

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu