Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Türkiyənin Azərbaycan-Ermənistan münaqişəsinə daxil olma ehtimalından narahatlıq keçirdiklərini söyləyib.
Oxu24.com xəbər verir ki, erməni nazir bu barədə Fransanın “France 24” kanalındakı çıxışı zamanı bildirib.
“Türkiyənin bu münaqişəyə müdaxiləsinə laqeyd qala bilmərik.
Əlbəttə, bunu laqeyd şəkildə qarşılaya bilmərik. Təbii ki, bu, bir narahatlıq mövzusudur”, - Mnatsakanyan dilə gətirib.
Oxu24.com
ŞƏRHLƏR