Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3616
az

Bu şəxslər təhsil haqqından azad olunur

22:3912 İyul, 2018
840
CƏMİYYƏT
  • A
 "Peşə təhsili haqqında" qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar.
OXU24.COM  Trend-ə istinadən bildirir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Qeyd edək ki, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, 2020-ci ilədək peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması əsas hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, "Peşə təhsili haqqında" Qanunda yaşlılar, xüsusi qayğıya ehtiyacı olan gənclər və digər həssas əhali qruplarının təhsilə cəlb olunmaları üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması, onların ixtisaslarına uyğun işlə təmin olunmasına köməklik göstərilməsi nəzərdə tutulur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi