Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36108
az

Karantini pozaraq Bakıya sərnişin daşıyan sürücülər həbs edildilər - FOTO

19:5222 İyul, 2020
316
CƏMİYYƏT
  • A

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Zaur Kərimov, Ruslan Hüseynli, Azər Aslanov, Teymur Kərimov və sərnişin kimi icazəsi olmadan postdan kənar yollarla paytaxta gəlmək istəyən Oqtay Qədirov tutulub. Əməliyyat zamanı sürücülərə xüsusi karantin postundan kənar torpaq yolla keçməyə bələdçilik edən Ələt qəsəbəsi sakini Elməddin Xəlilov da saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Azər Aslanov və Elməddin Xəlilov 15, Zaur Kərimov, Ruslan Hüseynli və Teymur Kərimov müvafiq olaraq 10 sutka inzibati qaydada həbs ediliblər. Sərnişin kimi icazəsi olmadan Bakı şəhərinə gəlmək istəyən Oqtay Qədirova isə ciddi xəbərdarlıq edilib və o, 200 manat məbləğində cərimə olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

37 yaşlı müəllimin meyiti tapıldı
Bu vitamin D-lərdə uyğunsuzluq aşkarlandı - FOTO
Natiq Həsənov dünyasını dəyişdi - FOTO

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır