Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36098
az

Bakı Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan üçün SON ŞANS...

17:5922 İyul, 2020
529
HƏRBİ
  • A

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xarici siyasət kursunda hücum diplomatiyasına keçir. Prezident İlham Əliyevin xarici işlər nazirini dəyişdirməsi və dedikləri məntiqlidir. Çünki həqiqətən də Minsk qrupu münaqişənin nizama salınmasında mövud status-kvoya etiraz etmir. Bakının da münaqişənin həlli ilə bağlı iki yolu var: ya sülh, ya da müharibə”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.

Markov qeyd edib ki, 1990-cı illərin əvvəlində Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycandan güclü idi:

“Sovet ordusundan qalma böyük miqdarda silahı var idi və müharibədə Yaxın Şərqdən gələn döyüşçülərdən istifadə etdi. Bunun hesabına da Dağlıq Qarabağı və ətraf 7 rayonu zəbt etdi. Lakin indi vəziyyət başqadır. Güc balansı əhəmiyətli dərəcədə Azərbaycanın xeyrinədir, Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələridir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzu misilsiz dərəcədə artıb. Lakin münaqişənin sülh yolu ilə həllini davam etdirmək əvvəlki kimi həmsədrlərin vasitəçiliyinə söykənməkdir. Həmsədrlər də bildirir ki, münaqişə tərəfləri öz aralarında güzəştə nail olmalıdır və heç vaxt Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana təsir etmirlər. Təbii ki, bu, Azərbaycana yox, Ermənistana sərf edir. Buna görə də Bakı daha aktiv hərəkət etmək və Ermənistana təzyiqi qlobal ölçüdə artırmaq qərarına gəldi”.

 

Rusiyalı politoloqun fikrincə, Azərbaycan Minsk qrupunun formatını dəyişdirməyi təklif edə bilər.

“Məsələn, Fransanın yerinə Türkiyəni daxil etmək. Minsk qrupunda aktivliyi təkcə Rusiya göstərir. Rusiyanın təşəbbüsü ilə “Kazan düsturu” hazırlanıb, ABŞ və Fransa bunu daha passiv dəstəklədi. Bu həll variantı var, amma reallaşmır. Buna görə də Azərbaycan haqlı olaraq münaqişənin həllində irəliləyişin olmasını tələb edir. Faktiki olaraq, Bakı mesaj verir ki, əgər Minsk qrupu nəsə etməsə, başqa variantların tətbiq edilməsi zərurəti yaranacaq. Bu da hərbi variantdır. Lakin bu variant heç kimə sərf etmir, sadəcə olaraq, Azərbaycan beynəlxalq təşkilatların işini aktivləşdirməyə çalışır və onlara göstərir ki, münaqişə dondurulmayıb”, - Markov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib
Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı