Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36087
az

Əhaliyə xəbərdarlıq edildi: İyulun 23-dən başlayaraq...

16:2522 İyul, 2020
3942
REDAKTORUN SEÇİMİ
  • A

Əhaliyə hava ilə bağlı xəbərdarlıq edilib.

İyulun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 758  mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 20-24, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-22 dərəcə  isti olacaq.

İyulun 23-də Abşeron yarımadasında sakit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ali Məhkəmədə yeni hakim- Təyinatları
Dolu düşəcək - XƏBƏRDARLIQ
Şikayətçiyə generaldan məktub gəldi

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır