Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36073
az

Elmar Məmmədyarov əyləncə məclislərinə gedirmiş - Sensasion açıqlama

10:3922 İyul, 2020
1049
ÖZƏL BÖLÜM
  • A

"Əminəm ki, Ceyhun Bayramov milli kadrdır və Azərbaycan dövlətinə qulluq edəcək.”

OXU24.COM  xəbər verir ki, bunu Hurriyyet.org-a tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. O, Elmar Məmmədyarovun vəzifəyə gəldiyi vaxtlarda aktivliyini gödüyünü, lakin son vaxtlar onu ancaq əyləncə məclislərində gördüyünü qeyd edib:

"Mən əminəm ki, ən azından Elmar Məmmədyarovdan yaxşı olacaq. Vaxtilə fransalı diplomatla görüşəndə Ceyhun Bayramovla Təhsil Naziri kimi Fransada görüşdüyünü və yeni təyin olunan nazirimiz haqqında çox yüksək fikirlər söyləmişdir. Mən şəxsən Xarici İşlər naziri kimi Ceyhun Bayramov haqqında fikir bildirə bilmərəm. Lakin, xarici diplomatın onun haqqında heyranlıqla danışdığını xoş qarşılamışdım. Ən azından əminəm ki, Ceyhun Bayramov milli kadrdır və Azərbaycan dövlətinə qulluq edəcək. O nə öz marağına, nə də başqa dövlətlərin marağına qulluq etməyəcək. Bu onun işində çox önəmli faktordur. 

Ceyhun Bayramov təyin olunan gündən aktiv fəaliyyətdədir. Bunu görməmək mümkün deyil. Əminəm ki, gələcək fəaliyyətində yalnız işləriylə özünü göstərəcək. Mən buna inanmaq istəyirəm və inanıram. 

Elmar Məmmədyarovun vəzifəyə gəldiyi vaxtlarda onun aktivliyini görürüdüm. Lakin, son vaxtlar onun ancaq əyləncə məclislərində görürdüm. Bir də uzun illər Qarabağ konfliktində bir uğurumuz yoxdur. Bu bir faktdır. Mən isə konkret işə qiymət verirəm. 

Məsələn, Diaspora Komitəsi haqqında bu gün müsbət fikir söyləyə bilərəm. Komitə sədri Fuad Muradov bir ildir işləyir, onun haqqında bir dəfə də olsun müsbət fikir söyləməmişəm. Lakin, komitənin xaricdə son günlər göstərdiyi fəallıq məni sevindirir. Az müddət ərzində bir neçə ölkədə uğurlu tədbir təşkil etmək konkret işdən xəbər verir. Komitə eyni zamanda, xaricdə qalmış vətəndaşlarımızı müxtlif ölklərdən Vətənə gətirilməsində vasitəçi oldu. Onun 3-4 gün ərzində etdiyini Nazim İbrahimov 20 ildə etməmişdi. Mən hələ demirəm ki, N.İbrahimovun fəaliyyəti xaricdə azərbaycanlıları birləşdirmək yox, dağıtmaq olmuşdu və dəfələrlə də bu barədə hələ işlədiyi dövrlərdə yazmışdım. 

Əgər, Ceyhun Bayramovda gələcəkdə işində müsbət addımlar atarsa, onun haqqında da konkret faktları göstərməklə müsbət fikir bildirəcəm”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi