Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35995
az

Azərbaycanda sabiq nazir vəfat etdi - SON DƏQİQƏ!

10:2221 İyul, 2020
3956
SON DƏQİQƏ
  • A

Uzun müddət yüksək vəzifələrdə çalışmış tanınmış iqtisadçı Nailə Bağırova vəfat edib.


Oxu24.com  xəbər verir ki, 1989-1996-cı illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri vəzifəsini tutmuş, Azərbaycan SSR əməkdar iqtisadçısı, “Şərəf nişanı” ordeni laureatı Nailə Bağırova 81 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Bağırova Nailə Ağadadaş qızı 1939-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Universitetində alıb.

O, əmək fəaliyyətinə 1957-ci ildən başlayıb. 1982-1984 illərdə Maliyyə nazirinin müavini,1984-1989 illərdə Azərbaycan Dövlət Qiymət Komitəsinin sədri, 1989-1996 illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri olub.

Nailə Bağırova “Şərəf nişanı” ordeni ilə təltif edilib.

Onun adı İngiltərədə çıxan “Dünyanın işgüzar qadınları” kitabına salınıb.

Allah rəhmət eləsin.(parla.az)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! İsraildə terror oldu
Baş Prokurorluq açıqlama yaydı
Sonuncu kurs tələbəsinin meyitiTAPILDI

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır