Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35864
az

Rusiyanın məxfi poliqonunda istifadə olunan mobil telefon Azərbaycana necə gəlib çıxıb?  - ŞOK DETAL

15:5419 İyul, 2020
4209
ÖZƏL BÖLÜM
  • A

ABŞ-ın Missisipi ştatının universiteti Pentaqonun tapşırığı ilə Rusiya ərazisində istifadə olunan mobil telefonları, o cümlədən Severodvinsk ətrafındakı Nenoks qəsəbəsində yerləşən məxfi poliqonda istifadə olunan telefonları izləyib.

Oxu24.com  xəbər verir ki, izləmə nəticəsində həmin poliqonda istifadə olunan 48 mobil telefondan birinin sonradan Azərbaycanda qeydə alındığı üzə çıxıb.

Bu haqda “The Wall Street Journal” qəzeti yazır.

Mütəxəssislər analiz üçün açıq mənbələrdən məlumatları istifadə ediblər, onlar mobil əlavələrin topladığı və daha sonra reklam məqsədləri ilə yaydıqları informasiyaları təhlil ediblər.

Mütəxəssislər Arxangelsk vilayətinin Nenonks qəsəbəsi ətrafındakı məxfi hərbi poliqonda 2019-cu il avqustun 9-da istifadə olunan telefonları da izləyiblər.

Belə ki, bundan bir gün əvvəl poliqonda nüvə mühərrikinin sınaqları zamanı qəza baş vermişdi və bir neçə mütəxəssis həlak olmuşdu. Qərb mənbələri bildirirdi ki, poliqonda nüvə mühərrikli “Burevestnik” raketi üçün mühərrikin sınaqları keçirilirdi. Həmin sınaq isə uğursuz olub.

 

Poliqonda istifadə olunan 48 mobl telefondan biri sonradan Kubada, daha bir Azərbaycanda qeydə alınıb. Digər telefonların sahibləri isə Moskvaya, Sankt-Peterburqa, Severodvinskdəki və Arxangelskdəki qapalı hərbi obyektlərə gediblər.

Pentaqonda bu layihəni maliyyələşdirdiklərini təsdiq ediblər və bildirib ki, hərbçilər arasında informasiya mübadiləsinin yaxşı potensialı qeydə alınıb.

Qəzet yazır ki, eksperimentin məqsədi mobil rabitədən istifadə barədə açıq mənbələrdən toplanan informasiyaların hərbi və kəşfiyyat məqsədləri üçün istifadə imkanlarını göstərmək idi.

Virtualaz.org

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ramin İsayevin işi üzrə şok yeyinti- 54 milyon!
Paşinyan Brüsselə arvadını da aparıb - daha kimlər var? - SİYAHI
SON DƏQİQƏ! Azərbaycanda pensiya ilə bağlı bu qərar dəyişdi

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Başqalarının maşınlarını "satış"a çıxaran şəxs saxlanıldı