Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35849
az

Səfərbərlik Xidməti məlumat yaydı

14:0519 İyul, 2020
510
HƏRBİ
  • A

38000-ə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində elektron qaydada qeydiyyata alınıb.

Oxu24.com-a Dövlət Xidmətindən daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 38000-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada heç bir ABŞ raketi olmayacaq...
HDQ kursantları tapşırıqlar icra ediblər - VİDEO
Amerika yeni lazer silahları hazırlayır