Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35809
az

Generaldan şok açıqlama – Polad Həşimovu kim satıb? (VİDEO)

19:2918 İyul, 2020
7835
OXU24 TV
  • A

“General Polad Həşimovun həlak olması səbəbini araşdırılacaq. Ali Baş komandan bu məsələni elə-belə qoymayacaq”.

Oxu24.com  bildirir ki, bu sözləri sabiq korpus komandiri, general-leytenant Yaşar Aydəmirov LAF TV-yə müsahibəsində bildirib.

Y.Aydəmirov generalın həlak olması ətrafında gedən bəzi müzakirələrə toxunub. O, bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi: “Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O daima hərkətdə olur”.

Bununla yanaşı Y.Aydəmirov deyib ki, P.Həşimovun harda zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb: “Mən bilirəm harda olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.

Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı. “Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir”.

“Polad Həşimov unikal zabit idi”-deyən Y.Aydəmirov vurğulayıb ki, Azərbaycanda ordusunda belə generallar çoxdur.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı