Qubanın Qırmızı qəsəbəsində anadan olan, Rusiyada fəaliyyət göstərən yəhudi əsilli Qod Nisanov Rusiyaya meyvə-tərəvəz ixrac edən erməni iş adamlarının dizini yerə atıb.
Oxu24.com xəbər verir ki, iyulun 12-dən cəbhədə başlayan və bu gün də davam edən erməni təxribatına görə cənab Nisanov rəhbərlik etdiyi Moskvanın ən böyük meyvə-tərəvəz bazarı sayılan “Fud siti”də ermənilərdən kənd təsərrüfatı məhsullarının alışını dayandırıb. Bu gün də danışığa gələn Ermənistan səfirini və diaspor nümayəndəsini iti qovan kimi qovub. Nəticədə erməni iş adamlarının malları TIR-larda xarab olub. Qod Nisanov qazancından olsa da, bu hərəkəti ilə bir daha dünyada puldan da qiymətli DƏYƏRLƏRİN olduğunu sübut edib.
Qeyd edək ki, dünən bazar rəhbərliyi ilə danışığa gələn Ermənistanın Moskvadakı konsulu və erməni diasporunun nümayəndələri bazar administrasiyasının göstərişi ilə sərt şəkildə bazardan çıxarılıb.
Bununla da meyvə-tərəvəz bazarına ermənilərə məxsus 50-ə yaxın TIR-lərin daxil olmasına icazə verilməyib ki, nəticədə erməni iş adamlarına külli miqdarda zərər dəyib.
Oxu24.com
ŞƏRHLƏR