Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35769
az

Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA

10:5018 İyul, 2020
952
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi ümumi karantin rejimi avqustun 31-nə kimi uzadıldı. Bundan əlavə şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bəs narıncı zonaya daxil olmayan bu rayonlara gediş-gəliş mümkün olacaqmı? Ümumiyyətlə qarşıdakı günlərdə Bakıdan rayonlara ictimai nəqliyyat vasitələri ilə hərəkət etmək üçün məhdudiyyətlər aradan qaldırılacaqmı?

Bu barədə Metbuat.az-a özəl müsahibəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bununla bağlı dəyişən bir şey yoxdur.

''Burada dəyişən o oldu ki, Samux rayonu və Lənkəran şəhəri sərt karantin rejiminin tətbiq edildiyi bölgələr sırasından çıxarıldı və narıncı zonaya daxil olan xüsusi karantin rejimi bu yerlərə tətbiq olunmayacaq.

Həmçinin Lənkəran şəhəri və Samux rayonunda həftə sonlarında daxildə ictimai nəqliyyatın işləməsinə icazə veriləcək. Amma Lənkəran şəhəri və Samux rayonuna Bakıdan getmək mümkün olmayacaq.

Ümumiyyətlə hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın istənilən şəhər və rayonuna avtobusların çıxışı yoxdur.

Eyni zamanda respublikanın digər avtovağzallarından da regionlara gediş-gəliş avtobuslar ilə mümkün deyil.''

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhidin arvadı və uşaqları oğurlanıblar? - Rəsmi AÇIQLAMA
Sabahın havası necə olacaq?
Məşhur müğənni məhkəməyə verilir: Oğurluq iddiası

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı