Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35685
az

Azərbaycanda koronavirusla bağlı vəziyyət stabilləşir – RƏSMİ AÇIQLAMA

12:0317 İyul, 2020
944
  • A

“Epidemioloji baxımdan vəziyyət hələ də stabil-ağırdır. Biz pik həddə çatmışıq. Ötən gün yoluxma 493 olub. Bu sadəcə üfüqi xətt deməkdir. Bizə isə lazımdır ki, aşağıya enək. Yoluxma sayında stabil düz xətt deyil, stabil enən xətt üzrə vəziyyət əldə edək”.

Bu fikirləri Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov Qazet.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, sərt karantin rejiminin uzadılmasına ehtiyac var.

“Sağalanların sayı artsa da bir neçə dəfə yoluxanlarla bərabər olub, ya da bir dəfə sağalanların sayı yoluxanların sayını üstələyib. Son 4 həftəni nəzərə alsaq, təəssüf ki, yoluxanların sayı sağalanlardan daha çoxdur. Bu o deməkdir ki, xəstəxanalarda çarpayılar istifadə edilir. Bizə lazımdır ki, karantin tədbirləri nəticəsində çarpayı fondunun istifadəsini 60-70 faizə endirək. Minimum 30-40 faiz çarpayı fondumuz boş qalmalıdır”.

Artıq vəziyyətin stabilləşdiyini bildirən Nabil Seyidov yumşaldılma tədbirləri görüləcəyi təqdirdə yenidən artım müşahidə edilə biləcəyini qeyd edib.

“Birinci dəfə karantin qaydalarının yumşaldılması göstərdi ki, yoluxmalar qəflətən artmağa başladı. O zaman çarpayı və tibb personalının sayı baxımından ciddi problemlər yaranmaqda idi. Karantin rejimi 3 avqusta və ya 20 avqusta qədər uzadılsa belə, vətəndaşlar maskalardan istifadə etməsə, məsafə saxlanılmasa, obyekt sahibləri sanitar-gigiyenik qaydalara riayət etməsələr, o zaman yenə də ciddi artım baş verəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Bir nəsildən üçüncü şəhid - Elşad Cəfərovun həyatı
SON DƏQİQƏ! Müdafiə Nazirliyi İranla bağlı açıqlama yaydı

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO