Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
356
az

General aprel döyüşlərindən danışdı: “Yaralananların hamısı xilas edilib”

13:5407 Aprel, 2018
1264
HƏRBİ
  • A
 “Aprel döyüşlərində hospitala çatdırılan bütün yaralılar xilas edilib”.

Oxu24.com -un  xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.

İdarə rəisinin sözlərinə görə, hətta ağır yaralılardan belə kimsə həyatını itirməyib: “Bu, böyük göstəricidir. Məlum zəfərimizdən sonra aprel döyüşlərinin statistikası aparılıb. Həmin döyüşlərin tibbi göstəricilərini Əfqanıstan və Çeçenistan müharibələrinin tibbi göstəriciləri ilə müqayisə etmişik. Nəticələr müqayisə edilməz dərəcədə yüksəkdir. Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqlənib”.

General qeyd edib ki, mobil səhra hospitalında həm ixtisaslaşdırılmış tibbi yardım, həm də yüksək səviyyəli tibbi yardım göstərilir:

“Bizim stasionar hospitalda etdiyimiz qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkündür”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Sabiq rəisin cəzası- 2 il 6 ay artırıldı