İyulun 15-i saat 20:30-dan etibarən Tvitter sosial şəbəkəsində #Karabagh həştəqi ilə kampaniya başladılıb.
Kult.az xəbər verir ki, kampaniyanın keçirilməsində əsas məqsəd düşmənə qarşı informasiya müharibəsində birləşməkdir.
Eyni vaxtda və eyni həştəqlə trendə qoşulan sosial şəbəkə istifadəçiləri 2 saata Dünya Тrendləri Siyahısında 7-ci pilləyə qalxıblar.
Məlumata görə, #stopArmenianAgression həştəqi bu siyahıda 6-cı, #stopArmenianOccupation 8-ci, #KarabakhisAzerbaijan isə 14-cü yerdədir.
Təşkilatçılar hər kəsi Tvitterdən istifadəyə və bu aksiyaya qoşulmağa dəvət edir.
Qeyd edək ki, Kampaniyada #IStandWithAzerbaijan,
#KarabakhisAzerbaijan,
#GoAzerbaijan, #ArmeniaIsTheAgressor,
#StopArmenianAgression,
#StopArmenia #StopArmenianOccupation
kimi həştəqlərdən istifadə olunur.
ŞƏRHLƏR