Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35482
az

Təxribatçılar polis maşınını aşırdılar - Milli Məclisə basqın oldu – Video

09:4715 İyul, 2020
2090
OXU24 TV
  • A

İyulun 14-də axşam saatlarında Bakı şəhərində başlayan orduya dəstək yürüşü Milli Məclisin qarşısında izdihamlı mitinqə çevrildi.

OXU24.COM  xəbər verir ki, iştirakçılar Ali Baş Komandana, orduya və dövlətə dəstəyini ifadə edirdi. Lakin təəssüflər olsun ki, yürüşə gələn bir qrup təxribatçı Milli Məclisin binasının qapılarını sındıraraq, binaya daxil oldular.

İğtişaşçılar polis maşınını aşırdaraq polisə müqavimət göstərdi. Vəziyyətin nəzarətdən çıxdığını görən polis gözyaşardıcı qazdan və bibər şırnağından istifadə edərək təxribata cəhd edən iğtişaşçıları hadisə yerindən uzaqlaşdırdı.

Eyni zamanda hüquq mühafizə orqanlarının əməkdaşları etik davarnışı ilə yürüşə gələn dinc əhalini parlamentin qarşısından uzaqlaşdırdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı