Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35469
az

Ordumuzun ilk  şəhid generalının  HƏYAT HEKAYƏSİ: Evini şəhid ailəsinə bağışlayıb... - VİDEO

22:0214 İyul, 2020
1715
  • A

Erməni hərbi birləşmələrinin Tovuz rayonu istiqamətində təxribat hücumu nəticəsində “N” saylı hərbi hissəsinin qərargah rəisi, general-mayor Polad İsrayıl oğlu Həşimov şəhid olub.

Oxu24.com  şəhid generalın bioqrafiyasını təqdim edir.

1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub. Orta məktəbi Sumqayıt şəhərində bitirib. Azərbaycanda Ali hərbi məktəbə daxil olub, daha sonra Türkiyədə hərbi akademiyada təhsil alıb.

2003-cü ildə “Hərbi xidmətlərə görə” medalı, 2009-cu ildə isə polkovnik-leytenant rütbəsində “Vətən uğrunda” medalı ilə təltif olunub.

2014-cü ildə III dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunub. İki il sonra – 2016-cı ildə “aprel döyüşləri”ndə göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən II dərəcəli “Vətənə xidmət” ordeninə layiq görülüb.

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin 24 iyununda Polad Həşimova general-mayor rütbəsi verilib.

İki oğlu, bir qzı var.

Şəhid generalı tanıyanlar onun ermənilərin kabusu olduğunu danışır.

Sosial şəbəkələrdə generalı yaxından tanıyanlar belə yazır: “Ermənilərə qan uddurub, çox cəsur idi. Ermənilər onu öldürmək üçün çoxdan fürsət axtarırdılar. Bütün sərhəd rayonunda yaşayan o kəndlilər onun başına and içirdi. Tanıyanlar hamısı bilir ki, insanlara kömək üçün çox şeydən vaz keçib. İndi Qəbələdə, əsas da Vəndamda hamı yasa batıb!”.

Şəhid generalın əsgəri olmuş Ramil Cabbarov isə Feysbuk profilində Polad Həşimovu belə xatırlayır: “Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Elə bir komandirimiz idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik. Tabora gələndə “Öncə vətən!” kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsli xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”.

Başqa bir məlumatda isə Polad Həşimovun “aprel müharibəsi”ndə göstərdiyi şücaətə görə dövlət tərəfindən ona verilən mənzili şəhid ailəsinə bağışladığı bildirilir.

General-mayor Polad Həşimovun şəhid olması bir daha sübut etdi ki, Azərbaycan Ordusunun generalları əsgərlərlə bir cərgədə, ön cəbhədə düşmənə qarşı çiyin-çiyinə döyüşür.

Mənbə: Publika.az

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO