Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun tabutu doğulduğu Masallı rayonuna gətirilib.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, o, doğulduğu Ərkivan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Şəhidin cənazəsini qarşılamaq üçün çoxlu sayda rayon sakinləri yollara çıxaraq ehtiramlarını bildiriblər. Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi və yerli sakinlər iştirak ediblər. Hazırkı pandemiya dövründə insanların təhlükəsizliyi nəzərə alınaraq dəfndə iştirak edən insanlara qoruyucu maskalar paylanıb.
Qeyd edək ki, şəhid A.Novruzov ailəli olub, iki övladı var.
Oxu24.com
ŞƏRHLƏR