Ermənistan silahlı qüvvələri bu dəqiqələrdə Tovuz rayonun Ağdam kəndi yaxınlığındakı mövqeylərindən silahlı qüvvələrimizin mövqeylərini atəşə tutmağa başlayıb.
Oxu24.com bildirir ki, baku.ws-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hazırda iri çaplı silahlardan və artileriya qurğularından silahlı qüvvələrimizin mövqeyləri atəşə tutulur.
Son məlumatlara görə, erməni təxribatının qarşısının alınması istiqamətində silahlı qüvvələrimizin hərbiçiləri tərəfindən cavab zərbəsi endirilir.
Oxu24.com
ŞƏRHLƏR