Siyəzən rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu24.com-a verilən məlumata görə, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.
Polis əməkdaşları tərəfindən xidməti ərazidə xidmət aparan zaman elan edilmiş qaydaları pozaraq tibbi maskadan istifadə etməyən, eləcə də xüsusi SMS vasitəsi ilə icazə almadan yaşayış yerlərini tərk edən vətəndaşlar da aşkarlanıb. Qayda pozan həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunublar.
Oxu24.com
ŞƏRHLƏR