Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34850
az

Bakını bürüyən qoxunun səbəbi bilindi: Analiz nəticəsi açıqlandı

15:2007 İyul, 2020
589
  • A

Ötən gün axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin su nümunəsi üzərində aparıldıqları monitorinq və analizlərin nəticələri məlum olub.

Oxu24.com  xəbər verir ki, nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev nəticələrə görə nümunələrin yaşılımtıl rəngli və bataqlıq qoxulu olduğunu deyib.

O bildirib ki, codluq 1.8,  xlorid ionu 15.5,  ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6  dəfə çox qeydə alınıb. 

V.Əliyev qeyd edib ki, Sobsan fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalarımız davam edir: "Son günlər Bakı şəhəri, Abşeron yarımadasında  yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın Tailanddakı səfiri dəyişdi- Sərəncam
TƏCİLİ! Gürcüstanda helikopter qəzaya uğradı
Şəmkirli iş adamından Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video