Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34821
az

SON DƏQİQƏ! Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ

11:0407 İyul, 2020
2252
CƏMİYYƏT
  • A

İyulun 5-i ləğv olunan bir qrup onlayn satış mağazasının işçilərinin icazəsi yenidən bərpa olunub.

Oxu24.com  "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli yayıb.

Qeyd edib ki, dünən gecə saatlarında onun əməkdaşları ilə yanaşı, xeyli digər işçiyə də onlayn işləmək izni yenidən verilib.

N. Köçərli əlavə edib ki, artıq bu gündən icazə verilənlər çatdırılmaları edə biləcəklər. 

Xatırladaq ki, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə iyulun 5-dən etibarən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələbini pozan qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub.

Bildirilib ki, sistemdə edilmiş dəyişikliyə əsasən, vətəndaşlar icazə almaq üçün fəaliyyət növünün (5 rəqəmli kodunun) Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalamaqla yenidən qeydiyyatdan keçə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah 4 rayonda qaz olmayacaq
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
İlham Əliyev İtaliyada səfərdədir -FOTOLAR

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda narkopritonda silahlı insident: polisə müqavimət göstərdi