Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34781
az

Koronavirus nə vaxt azalacaq? - Tanınmış virusoloq açıqladı

20:0506 İyul, 2020
590
DÜNYA
  • A

Tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn əmindir ki, koronavirus infeksiyasının aqressivliyi ən azı bir ildən sonra azalmağa başlaya bilər.

Oxu24.com xəbər verir ki, o, bu barədə “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə danışıb. Həkimin sözlərinə görə, hazırda bu virus xəstəliyin ağır formasına səbəb olmur və daşıyıcısını öldürməkвэ “maraqlı” deyil, çünki bu, onun ötürülmə və yayılma imkanlarını məhdudlaşdırır. Virusoloq qeyd edib ki, qarşıdakı üç il ərzində COVID-19-un aqressivliyi azalmağa doğru gedəcək.

Mütəxəssis onu da əlavə edib ki, tədqiqatçılar əvvəllər yoluxucu xəstəliklərin necə inkişaf etdiyini araşdırıb və bu qənaətə gəlib ki, viruslar yalnız ilkin vaxtlarda ağır formada olur, mutasiyaya uğradıqdan sonra təsir gücünü qismən itirir.

“Koronaviruslar, prinsipcə, orqanizmləri yumşaq şəkildə idarə etməyə, yəni öz qabiliyyətlərindən istifadə etməyə, çoxalmağa, ciddi zərər görmədən öz hesablarına yaşamağa uyğunlaşdırıb. Ümid edirik ki, virusun yeni növü də bu yolla gedəcək”, - Altşteyn vurğulayıb.

Virusoloq qeyd edib ki, SARS-CoV-2 digər koronaviruslardan, xüsusən, yüksək yoluxuculuq səviyyəsi ilə fərqlənir.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bəzi ölkələrdə koronavirus infeksiyasının yeni zirvəyə qalxdığını elan etmişdi. Lakin o, bunun ikinci dalğa olmadığını açıqlamışdı. Onun sözlərinə görə, başqa bir dalğanın olacağına dair əminlik yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Rusiyada 3 azərbaycanlıdan biri göldə boğuldu - Anbaan görüntülər