Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34724
az

Karantini pozan Mələk Heydərova işdən çıxarıldı (FOTO)

11:2706 İyul, 2020
650
CƏMİYYƏT
  • A

Azərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də, Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən çıxarılıb. 

Oxu24.com  xəbər verir ki, Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək, ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı ilə yollarını ayırmaq qərarına gəlib və Mələk Heydərova ilə əmək müqaviləsinə xitam verib.

Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.

İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, hoteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb.

Xatırladaq ki, Mələk Heydərova əmək məzuniyyətində olub və o, "Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları paylaşıb.

Daxili  İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah 35° isti olacaq
Kapital Bank 150 illik yubileyini Bakı Dövlət Universitetinin tələbələri ilə birlikdə qeyd edib
Daxili işlər naziri sıra baxışı keçirdi - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı