Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34721
az

Xaçmazda toy edən bəy və qonaqları saxlanılıb - FOTO

11:0606 İyul, 2020
446
CƏMİYYƏT
  • A

Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  Oxu24.com-a  verilən məlumata görə, iyul ayının 5-də Xaçmaz Rayon Polis Şöbəsinə və Yalama Polis Bölməsinə rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasimin keçirilməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin və PB-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.

Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah 35° isti olacaq
Kapital Bank 150 illik yubileyini Bakı Dövlət Universitetinin tələbələri ilə birlikdə qeyd edib
Daxili işlər naziri sıra baxışı keçirdi - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı