Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34689
az

190 manat üçün niyə imtina cavabı verildi? - Nazir AÇIQLADI

00:1006 İyul, 2020
688
İQTİSADİYYAT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprel-may ayında bəzi vətəndaşlara birdəfəlik ödəmə (190 manat) ilə bağlı imtina verilməsi məsələsinə aydınlıq gətirib.

Oxu24.com xəbər verir ki, nazir bu barədə AzTV-nin efirində bildirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlar var ki, onlar aprel-may aylarında birdəfəlik ödəmə (190 manat) ala bilməmişdilər və düşünürdülər ki, onlara haqsız olaraq imtina verilib:

“Həmin vətəndaşlara kifayət qədər geniş açıqlamalar verilib ki, nazirlik tərəfindən qiymətləndirilmə müxtəlif dövlət qurumlarının elektron bazaları üzərindən aparılıb. Yəni bizə 25 dövlət qurumunun elektron bazası inteqrasiya olundu. Biz imtina səbəblərini də o bazalar üzərində etmişik. Ola bilər ki, hansısa bazalarda müəyyən çatışmazlıq var və ya vətəndaşların öz səhlənkarlığından hansısa məlumatın düzgünlüyü aparılmayıb”.

“Bir misal deyim ki, vətəndaş avtomobili satıb, amma onun adından çıxarılmayıb. Elektron bazada yenə də mülkiyyətçi olaraq həmin şəxsi təqdim edir. Bu zaman onlara imtina cavabı gedir”, - deyə S.Babayev qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ