Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34526
az

Bakıda qorxunc anlar: Korona xəstəsi əhalinin gur olduğu marketə girdi  - VİDEO

21:4703 İyul, 2020
1260
OXU24 TV
  • A

Paytaxtın Səbail rayonunda ictimai yerdə COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq, yaşadığı ünvana yerləşdirilməklə, xəbərdarlıq edilib.
 
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, rayonun Rəsul Rza küçəsində qeydiyyatda olan 1946-cı il təvəllüdlü İsrafil Musayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib.  

Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə o, vətəndaşların intensiv hərəkət etdiyi mağazada aşkar olunub.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik  söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, qonşuluqda yaşayan vətəndaşlara onunla təmasda olmaması üçün tövsiyələr verilib. 

Polis əməkdaşları tərəfindən həmin ünvan üzrə ərazidə dezinfeksiya işlərinin aparılması təmin olunub. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda oğurladığı pulla plastik əməliyyat etdirən qız tutuldu - Şok detallar
Canlı yayımda qıza hücum etdi - VİDEO
Bakıda avtomobil svetofor dirəyinə çırpılıb - VİDEO