Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34156
az

Bu müəllimlərə ŞAD XƏBƏR: İki iş yerində...

21:5429 İyun, 2020
360
CƏMİYYƏT
  • A

Bu ildən etibarən müddətli əmək müqavilələrinin daimiləşməsi və ya yerdəyişmə müsabiqəsində uğur qazanan namizədlərə də müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək hüququ veriləcək.

Təhsil Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, müsabiqələr nəticəsində uğur qazanan bütün namizədlər (ibtidai sinif müəllimliyi ixtisası istisna olmaqla) maksimum iki iş yerində daimi əsaslarla çalışa biləcəklər.

Müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun yerdəyişmə müsabiqəsində tutduğu yer əsas, daimiləşdiyi yer əlavə iş yeri olacaq.

Müddətsiz müqavilə əsasında çalışan müəllim işə qəbul müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun işə qəbul müsabiqəsində tutduğu yer əsas, əvvəl çalışdığı yer əlavə iş yeri olacaq.

Yəni müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində və daha sonra növbəti işə qəbul müsabiqəsində uğur qazandığı halda onun maksimum iki yerində, 3 seçimdən biri əsasında çalışmaq imkanı olacaq. Bu halda müəllimlərin işə qəbul müsabiqəsində tutduğu yer əsas, yerdəyişmə müsabiqəsində tutduğu yer əlavə iş yeri olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AQTA dönərdən zəhərlənmənin səbəbini açıqladı
Hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq
Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun