Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34096
az

Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur (FOTO)

11:3229 İyun, 2020
571
  • A

Xəbər verdiyimiz kimi,  Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayev rüşvət alarkən cinayət başında yaxalanıb.

O, Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Oxu24.com  Gununsesi.org-a istinadən xəbər verir ki, Ceyhun Babayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qardaşı oğlu  Telman Mehdiyevin işçisidir. Belə ki, Telman Mehdiyev hazırda Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi postunu tutur. 

Məlumata görə, Ceyhun Bayramovun əməllərinin məsuliyyətini bölüşəcək vəzifəli şəxs kimi Telman Mehdiyev də istintaqa cəlb olunacaq. Məsələ ilə bağlı sayt Telman Mehdiyevin özü ilə əlaqə saxlayıb.

"Bütün məlumat rəsmi açıqlanıb, başqa deyəcəyim bir söz yoxdur” deyən Telman Mehdiyev danışmaqdan imtina edib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəzərdən Azərbaycana 200 min dollarlıq tütün məmulatları keçirilməsinin qarşısı alındı - VİDEO
Ramin Hacılının cəzası azaldıldı
Ölkə ərazisində icazəsiz yaşayan 25 əcnəbi saxlanıldı - VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Süpürgəçi qızı maşın vurdu
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Xəzərdən Azərbaycana 200 min dollarlıq tütün məmulatları keçirilməsinin qarşısı alındı - VİDEO