Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34008
az

Mübariz Mənsimov sevənlərinə müraciət etdi

21:1327 İyun, 2020
1806
CƏMİYYƏT
  • A

"Məni dəstəkləyən əziz qardaşlarım, mənə edilən haqsızlıq qarşısında susmamanızı, müdafiə etməyinizi xahiş edirəm. Bu çətin prosesdə məni tək qoymayan şirkət rəhbərlərimə, işçilərimə və vəkillərimə təşəkkürümü bildirirəm”.

Oxu24.com  xəbər verir ki, bu sözləri “Palmali Holding”in rəhbəri, həbsdə olan iş adamı Mübariz Mənsimov sosial şəbəkədə qeyd edib.

O, ədavətdə olduğu keçmiş işçilərinin yalançı şahidliyinə görə aylardır həbsdə olduğunu vurğulayıb:

“Artıq 103 gündən çoxdur ki, həbsdəyəm. Mənə qarşı böyük ədalətsizlik var. Mənə təsir edən odur ki, beş il ədavət apardığım keçmiş işçilərimin yalançı şahidliyi ilə içəridə saxlanılıram. Sizdən soruşmaq istəyirəm, böhtan ilə bir insanı zindana atmaq asandır? Elə bir formada təşkil olunmuşdur ki, mənim ədavətdə olduğum 5 yalançı şahidlərin sözləri ilə aylardır ictimaiyyəti çaşdırır və hələ də buna davam edirlər.

Mən Türkiyə Cümhuriyyətinə və onun partiyasına xəyanət etməmişəm. Şübhəsiz ki, vətənimə də xəyanət etməyə cəhd etməmişəm. Bu vəziyyət məni çox narahat edir. Mənə təsir edənlərdən biri də odur ki, beş xainlə eyni şirkətdə işlədim, eyni çörəyi bölüşdük, onlar heçmi vicdanlarını mühakimə etmirlər,heçmi içlərində Allah qorxusu yoxdur!? Sentyabrdakı işimə baxan vicdanlı, qərəzsiz bir Türk məhkəmə heyətinə inamım sonsuzdur ... və bilirəm ki, günahsızlığım sübut olunacaq”.

Mübariz Mənsimov eyni zamanda vəziyyəti barədə hər iki prezidentə məktub yazdığını, lakin heç bir cavab ala bilmədiyini qeyd etdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ! Bu ərazilərdə daşqın gözlənilir
Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM
ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu