Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33961
az

“Yoluxma sayı oktyabr-noyabr aylarında yüksək olacaq” - Bill Qeyts

11:5027 İyun, 2020
547
REDAKTORUN SEÇİMİ
  • A

"Microsoft" korporasiyasının qurucusu Bill Qeyts hesab edir ki, ABŞ-da koronavirus infeksiyasına yoluxma sayının yenidən çoxalması testlərin sayının artması ilə əlaqəli deyil.

Oxu24.com  xəbər verir ki, bu barədə Qeyts “CNN”ə bildirib.

O, ABŞ Prezidenti Donald Trampın və Amerika administrasiyasının digər yüksək vəzifəli şəxslərinin ölkədə yoluxanların sayının artmasının testlərin çoxalması ilə əlaqədar olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərək deyib: "Xeyr, bu tamamilə səhvdir. Şübhəsiz ki, daha çox sınaq keçirərək, daha çox yoluxma halını tapacaqsınız. Ancaq testləri saxlasanız belə, yoluxma sayı artmaqda davam edəcək".

Qeytsin sözlərinə görə, payızda hakimiyyətin test keçirmə imkanları artacaq.

“Lakin bu, müşahidə etdiyimiz artan yoluxma hallarının səbəbi deyildir. İnfeksiyanın yayılmasına qarşı mübarizə Nyu-York istisna olmaqla, ölkə daxilində sürətlə davam edir.

Bu problemə indikindən daha ciddi yanaşmasaq, yoluxma sayı oktyabr-noyabr aylarında yenidən çox yüksək olacaq”.

İş adamı, həmçinin əlavə edib ki, yeni koronavirus üçün peyvəndin yaradılması infeksiyanın yayılmasını dayandıracağına zəmanət vermir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO
Hava ilə bağlı AÇIQLAMA

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu