Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33922
az

Koronavirus peyvəndi belə vurulacaq - Hazırlıq tamamlanır, oktyabrda...

21:4826 İyun, 2020
1500
TİBB
  • A

İngiltərənin Oksford Universitetindən koronavirusa qarşı hazırlanan peyvənddən ümidverici xəbərlər gəlib.

Oxu24.com  xəbər verir ki, hazırda kliniki sınaqların 3-cü mərhələsində olan peyvəndin virusa qarşı daha güclü antikor ifraz edə bilməsi üçün qızılca peyvəndinə bənzər formada iki doza tətbiq edilə biləcəyi açıqlanıb.

Elm adamları peyvəndi donuzlar üzərində ikimərhələli formada sınayıb. "Pioner" adı verilən ilk mərhələ 2 ay əvvəl gerçəkləşib. 28 gün sonra yenidən peyvəndlənən donuzların ifraz etdiyi antikorların səviyyəsi daha yüksək olub. Sınağı həyata keçirən professor Simon Qrehem donuzların insanlara bənzər metabolik sürətə və antikor reaksiyasına sahib olduğunu bildirib. O, insanlarda da bənzər nəticələr əldə edəcəyinə ümid edir.

Bununla birgə, elm adamları potensial peyvəndin COVID-19-a qarşı nə qədər qoruyacağını ehtimal edə bilmir. Virusun daimi mutasiya keçirməsi məlum olduğundan, bir peyvəndin qoruyuculuğunun 6 ay-2 il arasında olduğu bildirilir.

Oksford Universitetinin professoru Adrian Hill, ən yaxşı ehtimalla, peyvəndin bu ilin oktyabr ayında paylanacağını açıqlayıb. Universitet tərəfindən peyvənd sınaqlarının avqust ayında tamamlanacağı proqnozlaşdırılır. Bu çərçivədə universitetlə razılığa gələn "AstraZeneca" firması milyonlarla peyvəndin qlobal miqyasda paylanmasını həyata keçirəcək.

 
Firma şənbə günü 400 milyon peyvəndin Almaniya, Fransa və Niderlanda paylanması üçün razılığa gəlib. Peyvəndin ilk 100 milyonu ilk olaraq İngiltərəyə, 400 milyonu isə ABŞ-a veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasına görə, hazırda koronavirusa qarşı 135 peyvənd üzərində iş gedir. Bu peyvənlərdən 8-i artıq insanlar üzərində sınanır. (publika.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kişmiş suyunun sağlamlığa faydaları
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü