ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) ifrat siyasətindən sonra bazar mütəxəssisləri dolların kəskin ucuzlaşmasına hazırlaşır.
Teleqraf.com xəbər verir ki, investorlar dolların ucuzlaşmasından qorunmaq üçün vasitələr axtarırlar.
Bazar müşahidəçilərinin fikrincə, dollar özünün ciddi problemləri ilə üzləşə bilər. FED-in üç aydır davam etdirdiyi sərt siyasət bankın balansının 3 trilyon dollar artmasına səbəb olub, qlobal bazarlarda isə dolların dəyəri 2% artırıb.
Bununla belə, mütəxəssislərin qənaətincə, üç ay davam edən bahalı dollar kursu məzənnənin uzunmüddətli zəifləməsinə yol açacaq.
Qeyd edək ki, ötən gün ABŞ-ın investisiya bankı “Morgan Stanley”in keçmiş prezidenti Stifen Royç ABŞ iqtisadiyyatında həddindən artıq borclanma və əmanətlərin azalması səbəbindən dolların 35% dəyər itirəcəyini açıqlaylb.
Oxu24.com
ŞƏRHLƏR