Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33843
az

“Kişi xanımından başqa qadınla cinsi əlaqədə olursa, xəyanət sayılmır” deyən Nura Suridən AÇIQLAMA

20:0025 İyun, 2020
998
ŞOU-BİZNES
  • A

“Tam verilişə baxmayanlar, təkcə başlığı oxuyub gic-gic fikir bildirənlər, çox gülünc görünürsünüz. Hamınız deyirsiniz ki, xəyanət etməyən kişi yoxdur. Əfsuslar olsun ki, bu, belədir. Bunu sevmədiklərinə görə etmirlər. Elə sevə-sevə də edirlər”.

Oxu24.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Aktiv sosial şəbəkə istifadəçisi olan, cəmiyyətdə baş verə hadisələrə biganə qalmayan müğənni “Ulduzun vaxtı” proqramında xəyanət haqqında fikirlərinə aydınlıq gətirib. O, sözlərinə belə davam edib:

“Əgər siz xəyanəti bilib dava-dalaş salacaqsınızsa, sonra bağışlayacaqsınızsa, bu, ən böyük səhv olacaq. Hörmətiniz qalmayacaq. Susmaq və görməzlikdən gəlmək onu vicdanı ilə buraxmaqdır. Ok, siz bağışlamayın və ayrılın. Ailənizi dağıdın. Bəs sonra? Mən həmin verilişdə dedim ki, ayrılıb ailə qurmuşam, amma hamıda nəsə bizi qane etməyən səhvlər var. Mən ilk həyat yoldaşımdan xəyanət etdiyinə görə ayrılmamışam, yalan danışdığını üzünə vuranda əl qaldırırdı və dava-dalaş düşürdü. Ailəmizdə zorakılıq var idi. Mənim də həyat təcrübəm yox idi. Hər ikimiz təcrübəsiz idik və həyatın qəlizliklərini bilmirdik. Mən mələk deyiləm. İnsanam və hamı kimi səhvlərim və doğrularım var. Mənim ailəm dağılıb, sizinki dağılmasın. Azərbaycanda boşanan qadına söz deməyi özünə borc bilən qonşu, ya tanışı var. Kişilərə rahat bağışladığımızı, qadınlara keçə bilmirik.

Xəyanət - Предательство daha böyük məna kəsb edir. Bir az geniş və dərin düşünün, hər kəsin subyektiv fikrinə hörmətlə yanaşın. Hər şeyi xırdalayıb deməliyik ki, hüceyrələri ölmüş beyniniz düzgün anlasın? Kişilər bir çox səbəbdən başqa qadınlarla cinsi əlaqədə ola bilərlər. Həyat yoldaşı hamilə olanda, həyat yoldaşı ilə yataqda öz fantaziyasına uyğun ola bilməyəndə və s... Sizin haqqımda dedikləriniz məni yox, özünüzü əks etdirir” .

Xatırladaq ki, müğənninin bu yaxınlarda qonaq olduğu verilişdə “Kişi hansısa qadınla cinsi əlaqədə olursa, mən ona xəyanət kimi baxmıram. Xəyanət tam başqa bir şeydir. Əgər həyat yoldaşım gedib kimləsə münasibətdə olub evə qayıtmayacaqsa, xəyanət odur. Əgər evinə qayıdırsa, hətta mən hiss etsəm də, üzünə vurmaram. Özümü onun getdiyi qadının səviyyəsinə salmaram, söhbəti böyütmərəm. Görməzlikdən gəlsəm, həmişə içində mənə qarşı sevgisi və hörməti olacaq. O qadın ki, var başlayacaq xəyanətdən sonra kişinin beynini yeməyə, onda içində rahatlıq yaranacaq ki, əcəb elədim. Kişilər fərqlidir. 3 oğul böyütmüşəm deyə belə rahat danışa bilirəm. Qadın bunu etməməlidir, hissləri ilə daha çox addım atmalıdır” deməsi müzakirələrə səbəb olub.

Oxu24.com

ŞƏRHLƏR