Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33805
az

Yol polisindən xəbərdarlıq - 100 manat cərimə ediləcəklər

23:1524 İyun, 2020
668
CƏMİYYƏT
  • A

Bakı şəhər Dövlət Yol Polisi paytaxtda fəaliyyət göstərən taksi sürücülərinə müraciət edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələrin yaradılması vacibdir: "Sürücülərə bildiririk ki, istismar etdiyi nəqliyyat vasitəsində arakəsmələrin olması əsas şərtdir. Ən azından sərnişinləri daşıyarkən sürücü qoruyucu vasitələrin olmasına diqqət yetirməlidir.

Bunu tövsiyə edirik və bildiririk ki, şəffaf arakəsmə və qoruyucu vasitələrin olmaması karantin şərtlərinin pozulmasıdır və buna görə də şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə məsuliyyət daşıyır. Karantin qaydalarının pozulması 100 manat, qoruyucu vasitədən istifadə etməməyə görə isə 50 manat cərimə nəzərdə tutulur. Yol polisi sürücüləri buna görə məsuliyyətə cəlb edib cərimə yazmaq niyyətində deyil. Ona görə də profilaktik tədbirlərin keçirilməsinə üstünlük verməklə bir daha xatırladırıq ki, tələbləri yerinə yetirmək vacib şərtdir. Tələblərə riayət etməklə hər kəs özünü və yaxınlarını bu təhlükədən xilas edə bilər"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir
Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır
Baydenin baş müşaviri Ağ Evi TƏRK EDİR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu