Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33767
az

Koronavirusdan qorunmağın yeganə yolu budur — Baş infeksionist AÇIQLADI

14:0624 İyun, 2020
492
TİBB
  • A

“Koronavirus epidemiyasına yoluxma hallarının qarşısını almağın yeganə yolu qaydalara riayət etməkdir. Əks təqdirdə xoşagəlməz hallarla rastlaşacağıq”.
Bunu  açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, hava, damcı yolu ilə yayılan infeksiyalarla ancaq, maska taxıb, sosial məsafə qoruyub, izolyasiya qaydalarına əməl etməklə effektiv mübarizə aparmaq olar.

“Lakin bir qisim insanlarda infeksiya olmasına baxmayaraq, onlar bunu hiss etmirlər və əhali arasında dolaşaraq, xəstəliyi yayırlar. Son günlərdə virus sürətlə yayılmasının da səbəbi budur. Odur ki, insanlar maska taxıb, sosial məsafə saxlasalar yaxşı olar. Xəstəliyin əlamətlərini və ya narahatçılıq hiss edənlər dərhal həkimə müraciət etməlidir. Ancaq bizim vətəndaşlarımız 3-4 gün xəstə halda gəzib, ətrafdakılarını yoluxdurur, özünün də səhhəti ağırlaşanda həkimə müraciət edir. O zaman da gec olur. İnsanlarımız çox səhlənkarlıq edirlər”- deyə C.İsayev deyib.

İctimai nəqliyyatda yaranan sıxlıqlara toxunan Baş infeksionist bildirib ki, əhali yeri gəldi-gəlmədi bir bahənə edərək ictimai nəqliyyatla qohumugilə, ya gəzməyə, yaxud da marketə gedir:
“Epidemiya dövründə belə hərəkətlər yolverilməzdir. Bu, bizim vətəndaşlıq borcumuzdur. Özümüzü, ətrafdakılarımızı düşünməliyik. Bilməliyik ki, artıq xəstəxanlarda da, reanimasiyalarda da yerlər azalır. Bunları nəzərə alıb daha məsuiyyətli addım atmalıyıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi