Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33721
az

Nazirliyin əməkdaşları arasında yenidən koronavirusa yoluxanlar var 

16:3223 İyun, 2020
414
CƏMİYYƏT
  • A
Pandemiya dövründə ön cəbhədə fəal mübarizə aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında yenidən koronavirusa yoluxma halları müşahidə edilib. Day.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib. Bildirilib ki, hələ fevral ayından etibarən Nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, vətəndaşların xüsusi karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı təşkil olunmuş patrul xidmətinə, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər: "Təəssüflə bildirək ki, görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, FHN əməkdaşları arasında da koronavirusa yoluxanlar var. Bu əməkdaşların böyük hissəsi artıq sağalaraq xidmətə qayıdıb, qalanların isə müvafiq qaydada müalicəsi davam etdirilir. Bu səbəbdən də Nazirliyin inzibati binalarında və xidməti ərazilərində əməkdaşlar arasında sosial məsafənin qorunmasına, qoruyucu maskalardan istifadə və sanitar-gigiyenik qaydalara əməl olunmasına ciddi nəzarət həyata keçirilir. Bundan əlavə, koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə Nazirliyin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılır, binaya daxil olan hər kəsin gündəlik hərarəti ölçülür. Əməkdaşlar arasında yoluxma ilə bağlı hər hansı şübhə yarandıqda isə dərhal test götürülür". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadılıdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi