Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33718
az

190 manatla bağlı rəsmi açıqlama: Kim harda yaşayırsa ona uyğun veriləcək

15:4823 İyun, 2020
1096
CƏMİYYƏT
  • A

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmənin verilməsi ilə bağlı ən çox verilən suallara aydınlıq gətirilib.

Oxu24.com -un  məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq.

Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

F.Talıbov, eyni zamanda, qeyd edib ki, ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq.

Həmçinin oxu:  SON DƏQİQƏ! Nazirlər Kabineti qərarda dəyişiklik etdi: Müddət uzadıldı

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeddinci sinif şagirdi vəfat edib – FOTO
Yenidən dünyaya gəlmək həvəsi -Sərvaz HÜSEYNOĞLU
Sabah 36 dərəcə isti olacaq

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı