Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33707
az

Azərbaycanda şagird müəllimini öldürdü - DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI

14:2023 İyun, 2020
472
KRİMİNAL
  • A

İyunun 22-də saat 19 radələrində Bərdə rayonu ərazisində yerləşən bərbərxanalardan birində 1997-ci il təvəllüdlü Ceyhun Məmmədovun bıçaqlanması və “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya çatdırılmasına baxmayaraq ölməsi barədə məlumat daxil olub.

Bərdə rayon Prokurorluğunun Oxu24.com-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla cinayətin 2004-cü il təvəllüdlü Raul Namazov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, rayonun Alaçadırlı kənd sakini 1997-ci il təvəllüdlü Məmmədov Ceyhun Hüsü oğlu rayonun Həzi Aslanov küçəsində yerləşən bərbərxanada öz şagirdi Namazov Raul Vüqar oğlu tərəfindən qayçı ilə bədənin qarın boşluğundan ağır xəsarət almışdı. Kəskin qanaxması olduğundan o, dərhal əməliyyata götürülüb. lakin o, tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi
Qusarda 83 yaşlı ata oğlunu güllələdi
Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi