Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33706
az

Əhaliyə xəbərdarlıq! Sabah bu insanlar özünü qorusun

13:5023 İyun, 2020
615
CƏMİYYƏT
  • A

24 iyunda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, 24 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz  31-36, Bakıda  gecə 22-24, gündüz  33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz  35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz  mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.  

24 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında   şimşək çaxacağı,  yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 20-25, gündüz 35-39, dağlarda gecə 12-17, gündüz  22-27 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadılıdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi